Parkdan kişi meyiti tapıldı- FOTO


03:41     23 İyul 2016 13839961_1063188590460436_1574150011_o%20(1).jpg

Bakıda orta yaşlı kişi meyiti tapılıb. Hadisə şahidlərinin Femida.az-a verdiyi məlumata görə, Rusiya səfirliyinin yaxınlığında,Bakıxanov küçəsi 26 ünvanında naməlum kişi meyiti tapılıb.


Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşlarının sözlərinə görə, həmin şəxs dünyasını dəyişib. Dünyasını dəyişən şəxsin üzərində hər hansı sənəd olmadığı üçün onun şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. Bu şəxsi tanıyanlardan polisə müraciət etmələri xahiş olunur.

Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 6934


Oxşar xəbərlər