Penitensiar Xidmətin rəisinə yeni rütbə verilib


19:05     23 İyul 2016 ceyhun%20hesenov20160723.jpg

Azərbaycan ədliyyə nazirinin müavini, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin (PX) rəisinə yeni rütbə verilib.


Femida.az report-a istinadən xəbər verir ki, indiyədək polis general-leytenantı rütbəsini daşıyan Ceyhun Həsənov artıq ədliyyə general-mayorudur.

Qeyd edək ki, C.Həsənov PX rəisi vəzifəsinə keçən ay təyin olunub. Həmin vaxta qədər isə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.

Femida.az

Açar sözlər:

Oxunub: 2229