Valideynlərini itirən uşaq onlara qovuşdu


03:33     26 İyul 2016 usaq42.PNG

Bu gün Bakının Xətai metrosu yaxınlığında uşaq tapılması barədə məlumat vermişdik.Əldə etdiyimiz məlumata görə, valideynlərindən ayrı düşən oğlan uşağının adı Ülvi imiş. Bu haqda məlumatı Femida.az-a “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib. O qeyd edib ki, uşaq polis əməkdaşlarının iştirakı ilə atasına verilib.


Onun sözlərinə görə, uşağın tapılmasında sosial şəbəkələrin böyük rolu olub. Belə ki, Ülvinin qohumları onun fotosunu sosial şəbəkələrdə gördükdən sonra valideynlərinə xəbər veriblər.


Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 2070