Neftimiz ucuzlaşdı


13:58     28 İyul 2016 1452143260_kachalka-neft-oil4.jpg

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin bir barelinin qiyməti 0,65 dollar və yaxud 1,40% ucuzlaşıb.


Femida.az xəbər verir ki, "Azeri LT CIF" markalı neftin bir barelinin qiyməti 45,31 dollara bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Açar sözlər:

Oxunub: 1109