Tərtərdə partlamamış hərbi sursat tapılıb
00:13 30 İyul 2016
İyulun 29-da Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) Ağdam və Tərtər rayonlarında bir neçə partlayış yerinə baxış keçirib.
ANAMA-dan Femida.az-a verilən məlumata görə, Ağdam rayonu Evoğlu kəndində 2 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb.
Tərtər rayonu Şıxarx kəndində 1 əkin sahəsində 6 partlayış yerinə baxış keçirilib, partlamış hərbi sursatların qalıqları aşkar edilərək götürülüb. Rayonun Qarağacı kəndində isə 1 əkin sahəsində 2 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (122 mm-lik top mərmisinin partladıcısı) aşkar olunaraq götürülüb.
Nəticə etibarilə gün ərzində 15 500 kv.m ərazi yoxlanılıb.
Femida.az
Oxunub: 1036