İsrailin Azərbaycandakı səfiri Oğuz və Qəbələdə olub
19:03 30 İyul 2016
İsrailin Azərbaycandakı səfiri Dan Stav Oğuz və Qəbələ rayonlarına səfər edib.
İsrailin Azərbaycandakı səfirliyindən Femida.az verilən məlumata görə, səfər müddətində səfir hər iki rayonun icra hakimiyyəti başçıları ilə görüşüb.
Görüşlərin əsas məqsədi kənd təsərrüfatı, turizm və insanlar arası əlaqələrin gücləndirilmə imkanlarını müzakirə etmək idi. Səfir Dan Stav Oğuz rayonunda sinaqoqları ziyarət edib, yəhudi icmasının üzvləri ilə görüş zamanı müxtəlif din və etnik qrupların birgə harmoniyada yaşamalarına heyran olduğunu bildirib. Səfir bildirib ki, Qəbələnin Nic kəndinə ziyarəti zamanı multikultural dəyərlərin Azərbaycan cəmiyyətində dərin kök salmasının şahidi olub.
Səfərin daha bir əsas məqsədi hər iki regionda iqtisadi potensialla tanış olmaq idi. Belə ki, D.Stav Oğuzda qarğıdalı emalı şirkəti, qida sənayesi və Qəbələdə heyvandarlıq kompleksində olub.
Oxunub: 1330
Oxşar xəbərlər
- İsrailin Azərbaycandakı səfiri Ağcabədiyə gedib
- İsrailin kəşfiyyat naziri: Livanı yer üzündən silərik!
- İsrailin səhiyyə naziri istefa verib
- İsrailin sabiq prezidenti İlham Əliyevə məktub göndərdi
- İsrailin ölkəmizdəki səfiri Zaqatalada olub
- İsrailin ölkəmizdəki səfiri Şəkidə
- İsrailin müdafiə naziri istefa verdi - Netanyahuya etibarsızlıq
- İsrailin Azərbaycana satdığı HAROP - “Gəzən sursat” (VİDEO)
- İsrailin keçmiş prezidentindən İlham Əliyevə məktub