Rusiya və İranın Xəzərdə birgə nəqliyyat ideyası


00:31     31 İyul 2016 rusiya%20iran.jpg

Rusiya Xəzər dənizinin özünə aid hissəsində İranla birgə nəqliyyat-logistika kompleksi yarada bilər.



"Report"un "Gazeta.ru" saytına istinadən verdiyi məlumata görə, İranın Şimali Qafqaz məsələləri üzrə Nazirliyinin xəbərində qeyd edilib ki, hazırda dövlətlərarası işçi qrupu çərçivəsində Xəzərin Rusiyaya məxsus dərinsulu və donmayan hövzəsində bu cür beynəlxalq nəqliyyat habının yaradılması ideyasının perspektivləri öyrənilir.

Layihənin Hind okeanına çıxış üçün zəruri infrastruktur şəbəkəsini yaradacağı gözlənilir.
Hazırda İran ilə Rusiya arasında dəniz əlaqəsi sonuncunun Xəzərdəki Olya limanı vasitəsilə reallaşdırılır.

Açar sözlər:

Oxunub: 1034