Sarkisyan təhlükədə : 2 mindən çox adam iqamətgaha hücuma hazırlaşır (VİDEO)


04:05     31 İyul 2016 ermen3.jpg

Ermənistan paytaxtı İrəvanda keçirilən mitinqdə 2 mindən çox adam iştirak edir.


Femida.az Tert.am saytına istinadən xəbər verir ki, yüzlərlə insan polis polkunun binasını ələ keçirmiş silahlı qruplaşmaya dəstək üçün paytaxtın mərkəzi küçələrinə çıxıb.

Etirazçılar dövlət orqanlarının binalarının yaxınlığında addımlayırlar. Onlardan bəziləri hökumət əleyhinə şüarlar səsləndirir.
Aksiyaçılar həmçinin tez-tez avtomobil yollarını da bağlayırlar.
Ermənistan rəhbərliyi prezident iqamətgahının, parlamentin və səfirliklərin binasının yerləşdiyti İrəvanın Baqramyan prospektinə xüsusi polis qüvvələri yerləşdirib.
Paytaxtın mərkəzində gəzintiyə çıxan nümayişçilər prezident iqamətgahının qədər getmək barədə qərar qəbul ediblər. Bu səbəbdən də Baqramyan prospekti polis tərəfindən bağlanıb.






Femida.az

Açar sözlər:

Oxunub: 8272