Xətaidə 2 mənzil yanıb


13:48     03 Avqust 2016 yangin86.jpg

Bakının Xətai rayonunda 2 mənzildə yanğın baş verib.



Femida.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 58 m² olan 4 otaqlı mənzilin 2 otağının, hamamın və eyvanının yanar konstruksiyaları 38 m² sahədə, digər vətəndaşa məxsus ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin eyvanında 1 ədəd rəf və 1 m² sahədə tavan yanıb.

Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

Açar sözlər:

Oxunub: 851