Vaşinqtona Gülənlə bağlı 85 qutu sənəd göndərildi


16:43     04 Avqust 2016 2054a3c4d185611a1f8b6ea909819c6e.jpg

Rəsmi Vaşinqtonun Fətullah Gülənlə bağlı sübutların təqdim edilməsi tələbindən sonra onu təhvil verə biləcəklərini açıqlamasının ardından gülənlə bağlı 85 qutu sənəd okeanın o tayına göndərilib.


Femida.az “Washington Post”a istinadən xəbər verir ki, 77 yaşlı Fətullah Gülənlə bağlı ifşaedici materiallar Ankaradan təyyarə ilə yola salınıb. Bu sənədlərdə Gülən camaatı təşkilatının Türkiyənin dövlət strukturlarına necə sızması detalları ilə göstərilib.

Qeyd edək ki, Fətullah Gülən ABŞ-a 1999-cu ildə köçüb və bu ölkəyə həmin vaxt turist vizası ilə daxil olub. Daha sonra CİA əməkdaşı Qraham Füllerin dəstək məktubu ilə Gülənə yaşamaq icazəsi verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 1473