Amerikalı general İncirlikdə


04:47     05 Avqust 2016 1470323075.jpg

ABŞ Hərbi Hava Qüvvələrinin Afrika və Avropa üzrə komandanı, general Frank Qorenc Türkiyənin İncirlik hərbi bazasına gəlib.


Femida.az xəbər verir ki, amerikalı hərbçi İncirliyin yeni türk komandanı, general İsmayıl Günaydın və 39-cu Hərbi Hava Bazasının polkovniki Con Valker tərəfindən qarşılanıb.

Frank Qorenc hərbi əməliyyatlarda aktiv iştiraka görə amerikalı əsgərlərə təşəkkürünü bildirib.

Qeyd edək ki, bundan öncə ABŞ Baş Qərargah rəhbəri Cozef Dunford Türkiyəyə səfər etmişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 1285