Afinada məscid tikiləcək


02:19     05 Avqust 2016 1470331002.jpg

Yunanıstanın paytaxtı Afinada məscid inşa ediləcək.


Femida.az xəbər verir ki, bununla bağlı Yunanıstan parlamentində qətnamə qəbul edilib.

Məlumata görə, məscidin inşası ilə bağlı keçirilən səsvermə zamanı 230 millət vəkilindən 210-u qətnamənin lehinə səs verib.

Məlumata görə, ANEL və Qızıl Şəfəq Partiyasından olan deputatlar bu qərarın qəti əleyhinə çıxıb.

Ölkənin təhsil naziri Nikos Filis isə bu qərarı təqdirəlayiq hal kimi dəyərləndirib.

Femida.az

Açar sözlər:

Oxunub: 1207