Cəbhədə gərginlik - Əsgərimiz yaralandı


16:46     05 Avqust 2016 1438061060_big_1403499351_cebhe.jpg

Avqustun 5-də düşmən təxribatının qarşısını alarkən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Şindiyev Ramazan Qurban oğlu yaralanıb.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, hərbi qulluqçumuza lazımi tibbi yardım göstərilib, həyati təhlükəsi yoxdur.

Müdafiə Nazirliyi bildirir ki, atəşkəs rejiminin pozulması və hərbi qulluqçumuzun yaralanmasına görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Femida.az

Açar sözlər:

Oxunub: 7615