İlham Əliyevdən Lukaşenkoya - Məktub
01:21 03 İyul 2015
Azərbaycan prezidenti İlham Əliyev Belarus prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu ünvanlayıb.
Femida.az-ın məlumatına görə, təbrikdə deyilir:
" Hörmətli Aleksandr Qriqoryeviç, Belarus Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Sevindirici haldır ki, qardaş Belarus sosial-iqtisadi inkişaf, ölkədə asayişin və qanunçuluğun bərqərar edilməsi sahəsində sanballı uğurlar qazanıb.
Əminəm ki, Azərbaycan ilə Belarus arasında ənənəvi dostluq münasibətlərinin daha da möhkəmlənməsinə, xalqlarımızın və ölkələrimizin tərəqqisi naminə hərtərəfli əməkdaşlığımızın və çoxşaxəli qarşılıqlı fəaliyyətimizin dinamik və konstruktiv inkişafına yönələn birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.
Hörmətli Aleksandr Qriqoryeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, qardaş Belarus xalqına isə sülh və firavanlıq arzu edirəm".
Oxunub: 877
Oxşar xəbərlər
- İlham Əliyev yol tikintisi ilə bağlı sərəncam imzaladı
- İlham Əliyev ötən il 28 rayona 31 səfər edib
- İlham Əliyev yol tikintisinə pul ayırdı
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- İlham Əliyev Raul Kastronu təbrik etdi
- İlham Əliyev Abşeronda açılışda
- İlham Əliyev bu il neçə ölkəyə səfər edib?
- İlham Əliyev onlara “Tərəqqi” medalı verdi - SİYAHI
- İlham Əliyev “Azərsu”ya 3,73 milyon ayırdı
- İlham Əliyev Belarusa gedir