Ruhani Bakıya hansı sənədlərlə gəlir?
15:01 06 Avqust 2016
"İran prezidenti Həsən Ruhani azərbaycanlı həmkarı ilə bazar günü görüşəcək. Görüşdə Tehranla Bakı arasında imzalanmış müqavilələrin həyata keçirilməsi müzakirə edələcək".
APA-nın “presstv.ir” -ə istinadən verdiyi xəbərə görə, bunu İran prezidentinin ictimaiyyət və informasiya idarəsi rəhbərinin müavini Parviz Esmaeli deyib.
O bildirib ki, İran və Azərbaycan prezidentləri kommersiya, sənaye, enerji, mədəniyyət sahəsində əməkdaşlıq və 6 ay öncə Tehranda iki ölkə arasında imzalanmış 11 saziş və anlaşma memorandumu barədə fikri mübadiləsi aparacaqlar. Esmaelinin sözlərinə görə, H. Ruhaninin Azərbaycana səfəri gələn həftənin birinci günü başa çatacaq.
Qeyd edək ki, avqustun 8-də Azərbaycan, Rusiya və İran prezidentlərinin iştirakı ilə Bakıda üçtərəfli sammit keçiriləcək. Sammitdə prezidentlər terrorizmlə mübarizə, kommersiya, enerji, kommunikasiya, ətraf mühit və nəqliyyat sahələrində əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.
Femida.az
Oxunub: 1307
Oxşar xəbərlər
- Ruhani Bakıya gəlir
- Ruhani İlham Əliyevə təşəkkür edib
- Ruhani Əsədlə telefonda danışıb
- Ruhani Bakıya gələcək
- Ruhani Myanmar cinayətindən danışdı
- Ruhaninin yeni köməkçiləri qadınlar olacaq
- Ruhani Sarkisyanla Qarabağı müzakirə etdi
- Ruhaninin andiçmə mərasimi keçirilib
- Ruhaninin qardaşı azad edildi - Pul girovu müqabilində
- Ruhaninin həbs olunan qardaşı xəstəxanaya düşdü