Falçı qadının məhkəməsi olub


20:28     06 Avqust 2016 mehkeme31.jpg

Yasamal rayon Məhkəməsində falçılıqla məşğul olan Nəzakət Nəsibovaya qarşı qaldırılan iddia üzrə məhkəmə prosesi davam etdirilib.



İş üzrə iddiaçı tərəfin vəkili Səməd Vəkilovun APA-ya verdiyi məlumata görə, iclasda məlum olub ki, N. Nəsibovanın dua kimi ərəb dilində təqdim etdiyi materiallar ərəb şairlərindən birinin təmsilləridir:

“Həmin materiallar müstəqil mütəxəssislər tərəfindən araşdırılıb və həmin yazıların tanınmış ərəb şairlərindən birinin təmsili olduğu üzə çıxıb”.

İclasda N. Nəsibovanın vəkili Yaşar Əhmədov çıxış edib. O, müvəkkilinin qanuni fəaliyyətlə məşğul olduğunu, Ekstrasenslər Birliyinin üzvü olduğunu deyib. Bu zaman iddiaçı Fikrət Məmmədov vəkildən müvəkkilinin öncə görmələrinə inanıb-inanmasını soruşub. Vəkil ona inandığını deyib.

Proses avqustun 8-də davam edəcək.

Qeyd edək ki, N. Nəsibova Zeynəb Məmmədova adlı qadından problemlərini həll etmək üçün bir neçə dəfə pul alıb. Bundan əlavə ona əri Fikrət Məmmədovun həyatında başqa qadının olduğunu və bu ailənin heç vaxt xoşbəxt ola bilməyəcəyini deyib. Bir müddət sonra qarşı tərəf aldandıqlarını görərək N. Nəsibovadan şikayət edib.

Açar sözlər:

Oxunub: 1090