Gömrükdə qızıl ələ keçirildi


15:21     08 Avqust 2016 1470639583.jpg

Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun piyada xəttinə Rusiya Federasiyası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.


DGK-nın mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, yoxlama zamanı, həmin vətəndaşın ayağındakı corablardan - 1 ədəd cib saatı qabı, 2 ədəd qolbaq, 1 ədəd boyunbağı, 1 cüt sırğa, 2 ədəd sırğa tayı və 1 ədəd sırğa tayının keçirmə hissəsi olmaqla, ümumi çəkisi 87,39 qram olan qızıl məmulatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 815