Gülənin əmisi oğlu saxlanıldı


19:27     08 Avqust 2016 fethullah-gulen-75.jpg

Türkiyənin Kocaeli bölgəsində Fətullahçı terror təşkilatına (FETÖ) qarşı davam edən istintaq prosesinin gedişində Fətullah Gülənin əmisi oğlu Şəmsəddin Gülən saxlanılıb.


Femida.az Türkiyə mediasına istinadən xəbər verir ki, bununla bağlı Gülənin evinə əməliyyat təşkil edilib.

Şübhəlinin Kocaeli məhkəməsinə sövq edilməsi gözlənilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1153