İlham Əliyev Putinə təşəkkür edib - Qarabağa görə


21:49     08 Avqust 2016 1470654229516348434_1000x669.jpg

Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə Dağlıq Qarabağ nizamlanmasındakı fəal iştiraka görə təşəkkür edib.


Femida.az-ın RİA Novosti agentlyinə istinadən verdiyi məlumata görə, İ. Əliyev Rusiyanın münaqişənin həllindəki rolunu xüsusi vurğulayıb.

O xatırladıb ki, iyunda Sankt-Peterburqda keçirilən görüş bu mövzuya həsr olunub: “Bu prosesdə fəal iştirak etdiyinə görə sizə minnətdaram”.

İ. Əliyev bildirib ki, Azərbaycan və Rusiya prezidentlərinin mütamadi görüşləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş ikitərəfli münasibətlərin inkişafına yeni impuls verir: “Beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edirik, siyasi dialoq, iqtisadi əlaqələr möhkəmlənir”.

O həmçinin qeyd edib ki, yeni format olan Rusiya, Azərbaycan və İran liderlərinin üçtərəfli görüşü regionda ölkələrin iqtisadi əməkdaşlığının inkişafına və təhlükəsizliyin möhkəmlənməsinə xidmət edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 12569