İlham Əliyev başsağlığı verdi - Pakistan liderinə
15:45 09 Avqust 2016
Azərbaycan prezidenti İlham Əliyev Pakistan prezidenti Məmnun Hüseynə başsağlığı verib.
Femida.az həmin məktubu təqdim edir:
"Hörmətli cənab Prezident,
Kvetta şəhərində xəstəxanada törədilmiş terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca kədərləndirdi.
Biz bu dəhşətli terror aktından son dərəcə hiddətlənir, terrorizmə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasını vacib hesab edirik.
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!"
Oxunub: 1875
Oxşar xəbərlər
- İlham Əliyev yol tikintisi ilə bağlı sərəncam imzaladı
- İlham Əliyev ötən il 28 rayona 31 səfər edib
- İlham Əliyev yol tikintisinə pul ayırdı
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- İlham Əliyev Raul Kastronu təbrik etdi
- İlham Əliyev Abşeronda açılışda
- İlham Əliyev bu il neçə ölkəyə səfər edib?
- İlham Əliyev onlara “Tərəqqi” medalı verdi - SİYAHI
- İlham Əliyev “Azərsu”ya 3,73 milyon ayırdı
- İlham Əliyev Belarusa gedir