Yeddi nəfər qarpızdan zəhərləndi


15:53     09 Avqust 2016 qarpiz8.jpg

Tovuzda 7 nəfər qarpızdan zəhərlənib.


Femida.az DİN-in saytına istinadən xəbər verir ki, avqustun 7-də Tovuz şəhərində yaşayan Sitarə Hüseynova, qızı Tamara, oğlu Elvin və qonaqları Rəşad Kərimov, onun arvadı Maya Həsənova, qızı Nuray, oğlu Yusif qidadan (qarpız) zəhərlənmə ilə xəstəxanaya gətiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 891