Əlli yaşlı kişi itkin düşüb - FOTO


17:11     09 Avqust 2016 itkin%20dusub.jpg

Qusar rayonunda 50 yaşlı kişi itkin düşüb.


Qusar şəhər sakini Şakir Babayev Qusar rayon Polis Şöbəsinə müraciət edərək birlikdə yaşadığı qardaşı 1966-cı il təvəllüdlü Telman Babayevin 27.07.2016-cı il 07:30-da iş axtarmaq adı ilə evdən çıxaraq naməlum istiqamətə getdiyini və bir daha geri qayıtmadığını bildirib. Aparılan ilkin əməliyyat-axtarış tədbirlərinə baxmayaraq itkin düşən T.Babayevin yerini müəyyənləşdirmək mümkün olmayıb.

Onun əlamətləri: boyu 171 sm, saçları qara düz, yarım ağarmış, qara bığlı, saqqalı yoxdur, sifəti qarabuğdayı, arıq, yanaqları çuxurlu, qaşları sıx, burnu dik, dodaqları enli, çənəsi böyük qabarıq, göz bəbəkləri yaşıl rəngdə, qabaq üst dişləri titandır.

Evdən çıxarkən əynində qara rəngli şalvar, qara ayaqqabı, açıq mavi rəngli qısa qollu köynək olub.


(Apa)

Femida.az

Açar sözlər:

Oxunub: 1635


Oxşar xəbərlər