RİO-2016: Kim neçə medal qazanıb?


13:59     10 Avqust 2016 rio%202016.jpg

Rio-de-Janeyroda keçirilən XXXI Yay Olimpiya Oyunlarında dörd günlük gərgin idman mübarizəsindən sonra 47 ölkənin atletləri medallara sahib ola biliblər.


Femida.az xəbər verir ki, aktivində bir gümüş medal olan yığma komandamız bu göstərici ilə 32-ci sırada qərarlaşıb. Yarışın üçüncü günündə cüdo yarışlarında 73 kiloqram çəki dərəcəsində çıxış edən Rüstəm Orucov Azərbaycana gümüş medal qazandırıb. Azərbaycandan başqa, hesabında bir gümüş medal olan əlavə altı ölkə var - Danimarka, Malaziya, Monqolustan, Filippin, Slovakiya və Türkiyə.

Hazırda Olimpiadaya hesabında 9 qızıl, 8 gümüş və 9 bürünc medal olan ABŞ liderlik edir. Çin 8 qızıl, 3 gümüş, 6 bürünc medalla ikinci, Macarıstan 4 qızıl, 1 gümüş və 1 bürünc medalla üçüncü pillədə qərarlaşıb. İlk onluğu Avstraliya (4-0-5), Rusiya (3-6-3), İtaliya (3-4-2), Koreya Respublikası (3-2-1), Yaponiya (3-1-10), Fransa (2-3-1) və Tailand (2-1-1) tamamlayır.

Açar sözlər:

Oxunub: 4078