ABŞ-dan Türkiyəyə daha bir dəstək


15:54     11 Avqust 2016 abs%20kongresi2.jpg

ABŞ rəhbərliyi Türkiyənin Şırnak, Mardin və Diyarbəkir vilayətlərində baş verən terror aktlarını pisləyib.


Femida.az-ın “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, bu barədə Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Ned Praysın açıqlamasında bildirilir.

"ABŞ Türkiyənin cənub-şərqində törədilən terror hücumlarını qəti şəkildə pisləyir. Hücumlarda həyatlarını itirənlər və onların yaxınları üçün dua edirik”, - deyə açıqlama bildirilir.

Prays terror hücumları və 15 iyulda qanlı hərbi çevriliş cəhdinə məruz qalan Türkiyənin NATO müttəfiqi olduğunu xatırladaraq, ABŞ-ın Türkiyəyə sarsılmaz dəstəyinin davam edəcəyini bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 821