Gülənin yaxın adamı: “Alt paltarını saxlayırdılar” (VİDEO)


18:39     11 Avqust 2016 fetullah1.jpg

Bir zamanlar Fətullah Gülənin ən yaxın adamlarından olan professor Əhməd Kələş iştirak etdiyi verilişlərin birində təşkilat üzvlərinin davranışları ilə bağlı maraqlı açıqlama verib.


Femida.az xəbər verir ki, Əhməd Kələş bir FETÖ-çunun Gülənin ağzını sildiyi salfeti yediyini bildirib:

“Bir gün Altunazidə beşinci mərtəbədə qəlyanaltı edirdik. Gülənlə eyni süfrədə oturmaq böyük bir şeydir, əhəmiyyətlidir. Gələnlərdən biri Gülənin ağzını sildiyi salfetin bir qismini cırıb yedi. Bunu gözlərimlə gördüm. Hətta Gülənin ağzını sildiyi salfetlə dəfn olunmaq istəyənlər belə var”

Əhmət Kələş qeyd edib ki, təşkilat üzvləri o həddə gəlib çatıb ki, ağlasığmaz hərəkətlər edirlər.

“Gülən deyirdi ki, istəsəm, əlimdəki kağızı pula çevirə bilərəm. Onun kəsilən dırnaqları və saçlarıını atmırdılar. Kəsilən saçları belə müqəddəs sayılırdı. Alt paltarları da saxlanırdı. Təşkilat üzvləri bərəkət gətirsin deyə onları həyətlərində basırırdılar. Təşkilata daxil olmayanları düşmən kimi görürdük”.

Kələş onu da bildirib ki, Fətullah Gülənin əlini öpmək ali məqama çatmaq kimi bir şey imiş.



Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 2998