TRT telekanalının 42 əməkdaşı saxlanılıb


03:14     12 Avqust 2016 bank%20hebs6.jpg

Türkiyənin TRT telekanalının 42 əməkdaşı saxlanılıb.


Femida.az "Anadolu"ya istinadən xəbər verir ki, Ankara Şəhər Polis İdarəsi Cinayət-axtarış şöbəsinin əməkdaşları Ankara Prokurorluğunun Fətullahçı terror təşkilatının (FETÖ) dövlət çevrilişi cəhdindən sonra apardığı istintaq tədbirləri çərçivəsində TRT-nin əsas binasında əməliyyat keçiriblər.
Məlumata görə, saxlanılan şəxslər Ankara Şəhər Polis İdarəsinə götürülüb.

Açar sözlər:

Oxunub: 859