Manat yenidən bahalaşdı


13:34     12 Avqust 2016 nazirin-manatin-batmasi-aciqlamasi-naraziliqla-qarsilandi9.jpg

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.


AMB-dən Femida.az-a verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi avqust ayının 11-i ilə müqayisədə 0,25% artaraq 1,6102 manat səviyyəsinə yüksəlib.

Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,01% zəifləyərək 1,7936 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl 0,8% bahalaşaraq 0,0250 manata yüksəlib.

Türkiyə lirəsinin məzənnəsi 0,2% möhkəmlənərək 0,5438 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0881 manatdır. Beləliklə, funt sterlinq 0,07%-lik ucuzlaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,5% artaraq 0,6878 manat təşkil edib.

Açar sözlər:

Oxunub: 2674