“Təmiz hava aylığı” davam edir


17:16     12 Avqust 2016 temiz%20hava%20ayligi.jpg

Avqust ayı ərzində ölkə ərazisində “Təmiz hava aylığı” adı altında təhlükəsizlik aylığının keçirilməsi davam edir.


Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov Femida.az-a açıqlamasında bildirib ki, ənənəvi olaraq hər il hər il avqust ayının 1-də Daxili İşlər və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin rəhbərlərinin birgə təsdiq etdikləri tədbirlər planına uyğun olaraq avtomobil vasitələri ilə ətraf mühitin çirkləndirilməsinin qarşısını almaq məqsədi ilə tədbir keçirilir:

“Həmin tədbirlər planının tələbinə uyğun olaraq ölkə ərazisində hərəkətdə olan nəqliyyat vasitələri saxlanılılır və xüsusi texniki vasitələrin köməyi ilə mühərrikin işlək vəziyyətdə ətraf mühitə buraxdığı dəm qazının tərkib yoxlanılır. Əgər bu normadan artıq olarsa sürücü inzibati məsuliyyətə cəlb olunur. Tədbir eyni zamanda avtomobil təsərrüfatı olan qarajlarda, yerlərdə keçirilir. Ekologiya postundan keçən avtomobillər saxlanılır və bu baxışdan keçirilir”.

Femida.az

Açar sözlər:

Oxunub: 1259