Şirxanyan yenə həbsdə qaldı


20:49     12 Avqust 2016 sirxanyan.jpg

İrəvan məhkəməsi 2015-ci ilin noyabrın 25-də zərərsizləşdirilmiş silahlı qrupla əlaqədə şübhəli bilinən Ermənistanın müdafiə nazirinin sabiq müavini Vahan Şirxanyan barəsində çıxarılan həbs qətimkan tədbirini daha 2 ay müddətinə uzadıb.


Femida.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə sabiq məmurun vəkli Ayk Alumyan deyib.

O, qeyd edib ki, Vahan Şirxanyanın səhhətində ciddi problemlər var: “ O, güclə hərəkət edir. Hər gün müayinə edilir və səhhətində yeni problemlər meydana çıxıb”.

Qeyd edək ki, Ermənistan müdafiə nazirinin sabiq birinci müavini, baş nazirin sabiq müavini Vahan Şirxanyan 2015-ci ilin dekabrında həbs olunub. V. Şirxanyan Artur Vardanyan adlı şəxsin yaratdığını cinayətkar dəstə ilə əlaqədə ittiham edilir.

Xatırladaq ki, 2015-ci ilin noyabrın 25-də İrəvanda dövlət institutlarına və vətəndaşlara qarşı cinayət aktlarının həyata keçirilməsini planlaşdırılan dəstə zərərsizləşdirilib. Cinayət işi ilə bağlı 25 nəfər həbs edilib.

Vahan Şirxanyan 1995-1999-cu illərdə Ermənistan müdafiə nazirinin birinci müavini və baş nazirin müavini vəzifələrində çalışıb.

Femida.az

Açar sözlər:

Oxunub: 851


Oxşar xəbərlər