Sabiq icra nümayəndəsi azadlığa buraxıldı
00:53 14 Avqust 2016
Füzuli Rayon İcra Hakimiyyəti (RİH) başçısının Füzuli şəhəri inzibati dairəsi üzrə həbsdə olan sabiq nümayəndəsi Şakir Hacıyev azadlığa buraxılıb.
Femida.az-ın APA-ya istinadən məlumatına görə, Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Ş. Hacıyevin barəsində olan məhkəmə hökmü dəyişdirilib. Onun cəzası şərti hesab edilib və məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Binəqədi rayon Məhkəməsinin hökmü ilə Ş. Hacıyev 1 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Ş. Hacıyev apellyasiya şikayəti verib.
Ş. Hacıyev bu il yanvarın 15-də saxlanılıb. Baş Prokurorluğun yaydığı məlumata görə, onun mənzilində silah tapılıb. Ş. Hacıyev Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddəsi ilə təqsirləndirilib.
Oxunub: 1084
Oxşar xəbərlər
- "Bakmil"ə gedənlərin nəzərinə
- Daha bir avtobus qəzası - Piyada öldü
- 14 yaşlı qız itkin düşüb - FOTO
- Özünü dənizə atan gəncin meyiti sudan çıxarıldı
- Nazirliyə 262 minə yaxın müraciət daxil olub
- Azərbaycanlı iş adamından 500 minlik DƏLƏDUZLUQ
- “Qızıl Xaç” Baqdasaryana baş çəkib
- Ərəblərin Qəbələ sevgisi - BƏƏ-dən birbaşa reys açıldı
- Özünü qatarın altına atıb öldürən gəncin FOTOLARI + VİDEO
- Prezident açılışda