Ştaynmayer Rusiyaya gedib


02:20     15 Avqust 2016 51df49038010a39984721ac36754ec9f.jpg

Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer Rusiyanın Yekaterinburq şəhərinə gəlib.


Femida.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, avqustun 15-də F-V.Ştaynmayer rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.

Məlumata görə, Krımdakı son hadisələr və Suriya böhranı danışıqlarda əsas müzakirə mövzuları olacaq.

Bundan əlavə, F-V.Ştaynmayer Ural Federal universitetinin nəzdində fəaliyyət göstərən Rusiya-Almaniya yay məktəbinin açılışında iştirak edəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 1319