450 min manata görə 11 il HƏBS


21:31     16 Avqust 2016 403984819%20(1).jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Aygün Babaşovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs son söz deyib.

Prosesdə hökm oxunub. Hökmə əsasən A. Babaşova 11 il azadlıqdan məhrum edilib

Qeyd edək ki, məlumata görə, Aygün Babaşova 8 nəfərin etibarından sui-istifadə edərək ümumilikdə 450 min manatlıq dələduzluq edib. O, zərərçəkmişlərinə birlikdə biznes quracaqları adı ilə aldadıb. Zərərçəkənlərdən biri Məmməd Məmmədov sabiq polis əməkdaşı olub. Aygün Babaşova onu etimadını qazanaraq 200 min manata yaxın pul atıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1763