Sabah küləkli hava gözlənilir


16:48     17 Avqust 2016 kulekli.jpg

Avqustun 18-də Bakı və Abşeron yarımadasında hava yağmursuz olacaq. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.


Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, havanın temperaturu yarımadada gecə 22-26, gündüz 31-36, Bakıda gecə 24-26, gündüz 33-35 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 756 mm civə sütunu, nisbi rütubət gecə 70-80%, gündüz 35-45% təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 15-20, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoza əsasən, avqustun 18-19-da Abşeron yarımadasında günorta saatlarında isti temperatur diskomfortu meteohəssas insanlar üçün əlverişsizdir.

Femida.az

Açar sözlər:

Oxunub: 1128