İlham Əliyev əfqanıstanlı həmkarını təbrik edib


07:36     20 Avqust 2016 ilham%20eliyev%20ferman.jpg

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Əfqanıstan İslam Respublikasının prezidenti Məhəmməd Əşrəf Qaniyə təbrik məktubu ünvanlayıb.


Femida.az xəbər ki, məktubda deyilir:

"Hörmətli cənab prezident,

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və bütün Əfqanıstan xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Əminəm ki, Azərbaycan ilə Əfqanıstan arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Əfqanıstan xalqına sülh və rifah diləyirəm".

Açar sözlər:

Oxunub: 1148