Çətənə kolu becərən şəxs saxlanılıb


22:47     18 Avqust 2016 cetene_kolu_0018.jpg

Qazax rayonunda narkotik tərkibli narkotik vasitə olan çətənə kolları becərən şəxs saxlanılıb.


Qazax rayon Polis Şöbəsinə Yuxarı Salahlı kənd sakini Mübariz Daşdıyevin çətənə kolu əkməsi ilə bağlı məlumat daxil olub.

Əməliyyat qrupu əraziyə baxış zaman yetişmiş vəziyyətdə, 2 metrdən hündür, ümumi çəkisi 14 kiloqramdan çox olan 10 iri gövdəli çətənə kolu və onlara qulluq olunmasını sübut edən vasitələr aşkarlanıb.

Saxlanılan Daşdıyev Mübariz narkotik vasitəni öz istifadəsi üçün əkdiyini deyib. Onun avtomobilinə baxış zamanı yük yerindən çəkisi 1 kiloqram 785 qram olan iki çətənə kolu da aşkarlanıb.

Faktla bağlı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.(Apa)

Femida.az

Açar sözlər:

Oxunub: 982