Şad xəbər: Neftimiz bahalaşdı


13:29     19 Avqust 2016 1437028799_neft.jpg

Dünya bazarında neft bahalaşıb.


Femida.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,37 dollar artaraq 48,59 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 50,89 dollara yüksəlib.

Azərbaycan neftinin də qiyməti artmaqda davam edir.

Belə ki, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 1,18 dollar və ya 2,35% artaraq 51,47 dollar təşkil edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1209