Kılıçdaroğlunun korteji atəşə tutuldu - Özü isə maşında gözləyir


19:47     25 Avqust 2016 kemal-kılıçdaroğlu.jpg

Türkiyənin ana müxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun avtomobil karvanı Artvin vilayəti ərazisində atəşə tutulub.


Femida.az xəbər verir ki, bu barədə məlumatı "Hürriyet" qəzeti yayıb. Qeyd olunub ki, hadisə Kılıcdaroğlu Artvin əyalətinin Şavşat rayonundan Ardanuç rayonuna gedərkən Yanıklı kəndi yaxınlığında baş verib.

Belə ki, CHP lideri Artvin vilayətinin Şavşat şəhərinin mərkəzində toplaşan tərərfdarları qarşısında çıxış etdikdən sonra yola düşüb. Onlar vilayətin Ardanuç rayonunun Yanıklı kəndi yaxınlığında polislər tərəfindən dayandırılıb.

Yol kənarında barrikada qurulduğunu müəyyən edən polis orada terrorçuların gizləndiyini ehtimal edərək həmin nöqtəni atəşə tutub. K. Kılıçdaroğlunun avtomobili isə mühafizə məqsədilə əhatəyə alınıb, sonra ərazidən uzaqlaşdırılıb.

K. Kılıçdaroğlunun müşavirlərindən biri müxalifət liderinə hücum olmadığını deyib. Onun sözlərinə görə, həmin ərazidə təhlükəsizlik qüvvələri ilə terrorçular arasında atışma baş verib.

**

Türkiyənin ana müxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun avtomobil karvanı Artvin vilayəti ərazisində atəşə tutulub.

Partiya sədrinin mühafizəçilərinin atəş açanlara qarşılqı verməsi nəticəsində atışma baş verib.

Hazırda tərəflər arasında atışma davam edir. Kılıçdaroğlunun həyatını qorumaq üçün o, avtomobildə gözlədilib.

Hadisə yerinə çoxlu sayda polis və təcili tibbi yardım avtomobilləri göndərilib.

Femida.az

Açar sözlər:

Oxunub: 2464