ABŞ-dan kürdlərə zərbə: kəşfiyyat dəstəyi dayandırıldı
17:44 27 Avqust 2016
ABŞ PKK-nın Suriya qolu PYD-nin silahlı qanadı YPG-yə Menbic şəhərindən çıxaraq Fərat çayının şərqinə çəkilmə təlimatı verib, həm də silah və kəşfiyyat dəstəyini dayandırıb.
Bu barədə İsrail kəşfiyyatına yaxın “Debka” saytı məlumat yayıb.
ABŞ-ın vitse-prezidenti Co Bayden YPG-nin Fəratın şərqinə çəkilməsi barədə təlimat verdikdən sonra ABŞ-ın Suriya və İraqdakı qüvvələrinin komandanı, general Steohen Tounsend YPG qüvvələrinə təlim keçən amerikalı əsgərlərin də bazalarına dönməsini əmr edib. ABŞ PYD lideri Salih Müslümə YPG-nin Fəratın şərqinə çəkilməsi prosesi başa çatdıqdan sonra kəşfiyyat və silah dəstəyinin bərpa olunacağını bildirib.
Bu arada YPG-nin rəhbərliyindəki bəzi şəxslərin Türkiyə ordusuna müqavimət göstərmək üçün Fərat çayının qərbində qalmaq barədə qərar qəbul etdiyi barədə xəbərlər yayılıb. İranda Mosul şəhərinin azad edilməsi üçün ABŞ tərəfindən təlim keçilən kürd döyüşçülərin də Vaşinqtonun YPG ilə bağlı son qərarını etirazla qarşıladığı deyilir.(Apa)
Femida.az
Oxunub: 1220
Oxşar xəbərlər
- `Ölüm son deyil...` - İntihar edən şairin son şeiri və FOTOLARI
- Mübahisə qanla bitdi: 32 yaşlı kişi bıçaqlandı
- Çitə, məhrək, deltaplan... - Orfoqrafiya sözlüyündə yeni sözlər
- Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacaq
- Bakıda üçmərtəbəli bina yandı - Ev sahibi xilas edildi
- Yeni ili sərxoş qarşılayanlar... - 13 nəfər ölümdən döndü
- Türkiyə XİN: `ABŞ İrandakı hadisələri qızışdırır`
- Ruhani söz verdi: İqtisadi problemlər həll ediləcək
- Oqtay Şirəliyev: “Təbabət elmimiz zamanla ayaqlaşmır”
- Bakı sakinlərinə ŞAD XƏBƏR: Avtobuslar bu saata qədər işləyəcək