Nazirdən mühüm tapşırıq - generallar toplandı
21:34 30 Avqust 2016
Avqustun 30-da Müdafiə Nazirliyində Silahlı Qüvvələrdə döyüş hazırlığının nəticələrinə həsr olunmuş kollegiya iclası keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, iclasda müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qismləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik və birləşmə komandirləri, qərargah rəisləri və digər məsul zabitlər iştirak ediblər.
Müşavirədə döyüş hazırlığı və nizam-intizamın vəziyyəti, həyata keçirilən fəaliyyətlər, problemlər və onların həlli yolları, əldə olunan nailiyyətlər, əsas istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlarla bağlı nazir müavinləri və birlik komandirlərinin məruzələri dinlənilib, qısa və uzun müddətli perspektivlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Ali Baş Komandan cənab İlham Əliyevin Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğını xüsusi qeyd edərək, xalqımızın və ölkə rəhbərliyinin ordumuzun fəaliyyətinə verdiyi yüksək qiyməti toplantı iştirakçılarının diqqətinə çatdırıb.
Müdafiə naziri cari ilin aprel döyüşlərindən sonra işğaldan azad olunmuş ərazilərdə müdafiənin ön xəttinin möhkəmləndirilməsi, hərbi hissələrin müasir silah-sursat və zirehli texnikalarla təchiz edilməsi, şəxsi heyətin döyüş hazırlığının səviyyəsi, hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyəti və nizam-intizamın gücləndirilməsi, eləcə də onların sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində vəzifəli şəxslər qarşısında müvafiq tapşırıqlar qoyub.
Sonda kollegiya iclasında irəli sürülən təkliflər müzakirə edilərək qərar layihəsi qəbul edilib.
Femida.az
Oxunub: 25691
Oxşar xəbərlər
- Nazirdən idarə rəhbərlərinə qarşı TƏLƏB
- Nazirdən YENİ TƏYİNAT
- Nazirdən turizm xidməti göstərənlərə XƏBƏRDARLIQ
- Nazirdən fəxri ad istədilər - Məsələ nəzarətə götürüldü
- Nazirdən Vyana görüşü haqda - Açıqlama
- Nazirdən toplantı - Qiymətlər qalxır?
- Nazirdən inklüziv təhsillə bağlı əmr
- Nazirdən şəhid və əlil olan hərbçilərlə bağlı AÇIQLAMA
- Nazirdən Bakı-Tbilisi-Qars dəmir yolu haqda Açıqlama
- Nazirdən yeni direktor təyinatı