Nazirlik bir nəfəri ölümdən xilas etdi


00:33     31 Avqust 2016 big_1404314237_bogulma.jpg

Xəzər dənizində 1 nəfər batmaq təhlükəsi yaşayıb.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, FHN-nin Dövlət Sularda Xilasetmə Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 18:30-da başa çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 666