58 yaşlı kişini qonşusu döydü


02:53     31 Avqust 2016 xestexana_01254.jpg

Şəmkir rayon sakini qonşusu tərəfindən döyülüb.


Rayonun Keçili kənd sakini 1958-ci il təvəllüdlü Əliqazax Süleymanov müxtəlif bədən xəsarətləri ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Sol qabırğaların sınığı diaqnozu qoyulan Ə. Süleymanova dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, 58 yaşlı kişi mübahisə zəminində qonşusu tərəfindən döyülüb.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır. (Apa)

Açar sözlər:

Oxunub: 1180