Avtovağzalının girişində qəza baş verib


02:21     03 Sentyabr 2016 5218976564dda79509c51447942777_qeza1627.JPG

Bakı Beynəlxalq Avtovağzalının girişində avtoqəza baş verib.


"Report" xəbər verir ki, qəza dönmə hərəkətinin düzgün yerinə yetirilməməsi nəticəsində qeydə alınıb.
Məlumata görə, 91 saylı marşrutla hərəkət edən 90 FE 434 dövlət nömrə nişanlı avtobus onu ötmək istəyən yük maşınına çırpılıb. Sürücü və sərnişinlər xəsarət almasa da, avtobusun sol arxa çarxı birləşdirən ox sınıb.
Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları hələlik gəlməsə də, hadisənin iştirakçısı - yük maşınının sürücüsü qəza yerini tərk edib.

Açar sözlər:

Oxunub: 1106


Oxşar xəbərlər