Bakıda dəhşətli qəza: bir ailənin 3 üzvü öldü


03:19     05 Sentyabr 2016 qeza_yeni.jpg

Bu gecə Bakı şəhərinin Zığ qəsəbəsində dəhşətli yol qəzasında vəfat edən 24 yaşlı Sahib Rzayevin nişanlı olduğu məlum olub.


Femida.az xəbər verir ki, yaxınlarının Lent.az-a verdiyi məlumata görə, bu ayın 20-də onun qız, 25-də isə oğlan toyu olacaqmış və ailəsi artıq hazırlığa da başlayıbmış.

S.Rzayev bu gecə atasının idarə etdiyi "QazEL"in "KamAZ"a çırpılması nəticəsində atası Pirican Rzayev və xalası oğlu, həm də yeznəsi olan Elşad Qəhrəmanovla birgə vəfat edib. Onlar bu gün dəfn edilib.

***

Bakı şəhəri, Suraxanı rayonunda "Qazel" markalı yük avtomobili "Kamaz" markalı yük avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Femida.az -a verilən məlumata görə, dərhal FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunaraq "Qazel" markalı yük avtomobilində sıxılmış vəziyyətdə qalmış şəxsiyyətləri məlum olmayan 2 nəfərin cəsədini çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.

Əməliyyat saat 04:51-də başa çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1422