Hacıqabulda qəza: Sürücülər xəsarət alıb


00:27     05 Sentyabr 2016 1384969483_smayll-qeza-goruntu.mpg_00000324003.jpg

Hacıqabulda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.


“Report”xəbər verir ki, hadisə bu gün günorta saatlarında Hacıqabul şəhər İsmət Qayıbov küçəsində, avtomobil körpüsünün yaxınlığında qeydə alınıb.
Belə ki, Hacıqabul sakinləri, 25 yaşlı Tural Şəmsəddin oğlu Qasımovun idarə etdiyi avtomobillə 32 yaşlı Sədail Afayıl oğlu Seyfəliyevin idarə etdiyi avtomobil toqquşub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan hər iki sürücü Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 823