Qadın sürücü 74 yaşlı piyadanı vurdu
15:35 05 Sentyabr 2016
Zaqatalada piyada avtomobillə vurulub.
Hadisə bu gün səhər saat 08 radələrində rayonun Suvagil kənd yolunda baş verib. Suvagil kənd sakini, 1966-cı il təvəllüdlü Xatirə Məmməd qızı Soltanova idarə etdyi “VAZ 21099” markalı, 62 BF 988 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən qəfildən maşının qarşısına çıxan piyada, rayonun Gözbarax kənd sakini, 1942-ci il təvəllüdlü Cəbrayıl Əli oğlu İsayevi vurub. Qəzadan sonra hadisəni törədən sürücü Xatirə Soltanova yoldakı adamların köməkliyi ilə xəsarət alan 74 yaşlı Cəbrayıl İsayevi Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.
Zaqatala RMX-dan APA-ya bildirilib ki, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Cəbrayıl İsayevə ağır qapalı kəllə-beyin travması və sol baldırın sınığı diaqnozu qoyulub, vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır. (Apa)
Femida.az
Oxunub: 1007
Oxşar xəbərlər
- Qadın ədviyyatı səhv saldı - Ailə marixuanadan zəhərləndi
- Qadın ağrıkəsici dərmandan zəhərləndi
- Qadının başını qırxıb qabırğasını sındırdılar - (VİDEO)
- Qadın məhkəmə zalından həbs edildi
- Qadın qulluqçu işlədiyi evdən oğurluq etdi
- Qadını vurub qaçan sürücü tutuldu
- Qadın İrandan Azərbaycana alt paltarında narkotik keçirmək istədi
- Qadın özünü su kanalına ataraq intihar edib
- Qadını maşınla vurub qaçdı
- Qadın çantaları oğrusuna 10 il hökm oxundu