Qadınları Dubaya göndərən Nəzrinə 9 il həbs


20:58     05 Sentyabr 2016 qadin%20hebs48.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən Nəzrin İbrahimlinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.



Femida.az-ın məlumatına görə, hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, N. İbrahimli 9 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.

Qeyd edək ki, o, azərbaycanlı qadınları Dubaya apararaq, orada insan alverinə cəlb etməkdə təqsirləndirilib. Barəsində həbs qətimkan tədbiri seçilmədiyindən indiyədək azadlıqda olub.

Açar sözlər:

Oxunub: 1876