Lənkəranda kütləvi zəhərlənmə - 56 nəfər xəstəxanalıq oldu
04:29 06 Sentyabr 2016
Lənkəran rayonunun ucqar Daşdatük kəndində kütləvi zəhərlənmə hadisəsi baş verib.
Femida.az `Report`a istinadən xəbər verir ki, sentyabrın 5-də Lənkəran Rayon Mərkəzi Xəstəxanasının İnfeksion şöbəsinə zəhərlənmə diaqnozu ilə 56 nəfər daxil olub. Xəstələr son üç gün ərzində zəhərlənsələr də, yalnız bu gün xəstəxanaya müraciət ediblər. Xəstələrin əksəriyyətini 3-12 yaş arası uşaqlar təşkil edir. Onların arasında 2 nəfər böyük də var.
Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayevin "Report"a verdiyi açıqlamaya görə, zəhərlənmənin kənd ərazisindəki içməli su mənbəyinin başqa bir mənbə ilə qarışması nəticəsində baş verdiyi ehtimal olunur. O hazırda nümunələrin Bakıya göndərildiyini və yalnız müayinənin nəticələrindən sonra dəqiq diaqnoz söyləməyin mümkün olduğunu deyib.
Xəstəxanadan verilən məlumata görə, hazırda xəstələrə zəruri tibbi yardım edilir və onların bir qismi sabah səhər evə buraxılacaq.
Femida.az
Oxunub: 2384
Oxşar xəbərlər
- Lənkəranda piyadanı maşın vurub
- Lənkəranda gəlinləri yoldan çıxaran kişiyə qarşı ŞOK ADDIM
- Lənkəranda meşəbəyilər tutulub - Oğurluğa görə
- Lənkəranda sultanlara aid xəzinə tapıldı
- Lənkəranda mina təhlükəsi
- Lənkərandakı yanğın tam söndürülüb
- Lənkəranda qəza: Xəsarət alanlar var
- Lənkəranda iki gənci maşın vurub
- Lənkəranda 4 otaqlı ev yanıb
- Lənkəranda tank əleyhinə mina tapılıb