Şabranda iki avtomobil toqquşub‚ xəsarət alan var


01:03     07 Sentyabr 2016 qeza_yeni.jpg

Bu gün axşam saatlarında Şabran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.


Hadisə Şabran - Pirəbədil yolunun 5-ci kilometrliyində qeydə alınıb. "Moskviç" markalı, 10 TR193 və "QAZ 33021" markalı, 31 BC 730 nömrə nişanlı maşınların toqquşması nəticəsində bir nəfər xəsarət alıb. Xəsarət alan şəxs Şabran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Şabran rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.(Apa)

Femida.az

Açar sözlər:

Oxunub: 949