QMİ-dən xəbərdarlıq: Qurbanı belə kəsməyin!


16:02     07 Sentyabr 2016 qurban.JPG

Аzərbаycаndа bu il Qurban Bayramı 12 sentyabr tarixinə təsadüf edir və bayram namazı Azərbaycan məscidlərində həmin gün səhər saatlarında qılınacaq.


Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Bakıda bayram namazı Əjdərbəy məscidində 08:00-da, Təzə Pir məscidində isə 09:00-da qılınacaq.

QMİ bayram günləri ilə bağlı müsəlmanlara xəbərdarlıq və tövsiyə də edib: “Bu müqəddəs bayramda qurbanlıqların kəsilməsi baytarlıq və sanitariya qayda-qanunlarına ciddi əməl olunmaqla münasib yerlərdə icra edilməlidir. Həmçinin, qurbanların uşaqların gözü qarşısında kəsilməsi məsləhət deyil”.

Femida.az

Açar sözlər:

Oxunub: 987