Bağlanan bankların əmanətçilərinə pul ödənilib


21:26     07 Sentyabr 2016 Bank%20birlesme.jpg


Əmanətlərin Sığortalanması Fondu tərəfindən 6 sentyabr 2016-cı il tarixdə "Parabank" ASC-nin qorunan əmanətçilərinə 21 mln. 933 min manat, "Zaminbank" ASC-nin qorunan əmanətçilərinə 40 mln. 581 min manat, "Kredobank" ASC-nin qorunan əmanətçilərinə 16 mln. 434 min manat və "Dekabank" ASC-nin qorunan əmanətçilərinə isə 2 mln. 758 min manatdan artıq kompensasiya ödənilib.

Fonddan Femida.az-a verilən məlumata görə, 4 bank üzrə ümumilikdə 81 mln. 706 min manatdan artıq kompensasiya ödəniş olunub.

Bundan başqa, 6 sentyabr 2016-cı il tarixdə "Atrabank" ASC-nin qorunan əmanətçilərinə 11 mln. 97 min manat, "Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə 1 mln. 514 min manatdan artıq kompensasiya ödənilib. 2 bank üzrə ümumilikdə 12 mln. 611 min manatdan artıq kompensasiya ödənilib.

6 sentyabr 2016-cı il tarixdə "Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 mln. 91 min, "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə 925 min 554 manat, "Texnikabank" ASC-nin qorunan əmanətçilərinə isə 119 mln. 709 min manatdan artıq kompensasiya ödənilib. 3 bank üzrə ümumilikdə 144 mln. 725 min manatdan artıq kompensasiya ödənilib.

Ümumilikdə fond tərəfindən 9 bank üzrə 239 mln. 42 min manatdan artıq kompensasiya ödənilib.

Femida.az

Açar sözlər:

Oxunub: 899